"Barselona"nın cinah müdafiəçisi Jül Kunde yay transfer dövründə klubunu dəyişə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Topskills Sports UK" nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu üçün Avropanın iki nəhəng klubu mübarizəyə qoşulub.
Mənbə bildirir ki, Londonun "Çelsi" klubu Kundeyə olan marağını yenidən bərpa edib və yaxın aylarda onu heyətinə qatmaq niyyətindədir.
Lakin "zadəganlar" bu transferdə ciddi rəqiblə qarşılaşıblar. Belə ki, Madridin "Real Madrid" klubu da 27 yaşlı müdafiəçini transfer siyahısına daxil edib.
Kataloniya təmsilçisi rəsmi olaraq Kundeni "toxunulmaz" oyunçu hesab etsə də, klubun maliyyə vəziyyəti qərarın dəyişməsinə səbəb ola bilər.
Qeyd olunur ki, əgər "Barselona"ya 60-80 milyon avro civarında rəsmi təklif daxil olarsa, rəhbərlik bu satışı nəzərdən keçirməyə hazırdır.