Əsas məzmuna keç

Mark Karni ABŞ-dən asılılığı necə azaldacaq? - Yeni plan

Mark Karni ABŞ-dən asılılığı necə azaldacaq? - Yeni plan

Kanada lideri Mark Karni Hindistan, Avstraliya və Yaponiyada mühüm görüşlər keçirəcək. Modi ilə ticarət sazişi və ABŞ-dan asılılığın azaldılması əsas hədəfdir.

ru en

Kanadanın Baş naziri bu gün Hindistana ilk rəsmi səfərini edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Karni xaricə səfəri çərçivəsində Avstraliya və Yaponiyaya da səfər edəcək.

Karni əvvəlcə Mumbaya səfər edəcək, orada biznes liderləri ilə görüşəcək və noyabr ayına qədər tamamlanması gözlənilən hərtərəfli ticarət sazişi üzrə danışıqlara başlayacaq. O həmçinin Narendra Modi ilə danışıqlar aparmaq üçün Yeni Dehliyə səfər etməyi planlaşdırır.

Qeyd olunub ki, Karni Kanadanın ABŞ-dən asılılığını azaltmaq və yeni qlobal ticarət nizamı yaratmaq məqsədilə Çin və Yaxın Şərq, eləcə də Hindistanla daha sıx əlaqələr qurmağa çalışır.

Hindistandan sonra Karni Avstraliyaya səfər edəcək və orada Parlamentdə çıxış edəcək, , ticarət və müdafiə əlaqələrini müzakirə edəcək.

Daha sonra Karni Baş nazir Sanae Takaiçi ilə avtomobil, enerji və əsas mineral ticarətinin artırılmasını müzakirə etmək üçün Yaponiyaya səfər edəcək.

Məlumat üçün əlavə edək ki, Karninin səfəri 10 gün davam edəcək.

Xatırladaq ki, Kanada və arasındakı münasibətlər bir neçə il əvvəl, sabiq Baş nazir Castin Trüdonun Hindistan hökumətini Kanada vətəndaşının qətlində iştirak etməkdə günahlandırmasından sonra pisləşib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…