Operativ Məlumat Mərkəzi

"Mançester Yunayted" hücumçu ilə danışıqlara başladı

1 dəq
Paylaş:
"Mançester Yunayted" hücumçu ilə danışıqlara başladı
"Mançester Yunayted" 27 yaşlı futbolçunun xidmətlərində maraqlıdır. Tərəflər artıq danışıqlara başlayıblar. Qirassinin "qırmızı-şeytanlar"a keçidi yanvar...

"Ştutqart"ın hücumçusu Seru Qirassi karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Sky Germany"-ə istinadən xəbər verir ki, "Mançester Yunayted" 27 yaşlı futbolçunun xidmətlərində maraqlıdır.

Tərəflər artıq danışıqlara başlayıblar.

Qirassinin "qırmızı-şeytanlar"a keçidi yanvar ayında baş tuta bilər.

Qeyd edək ki, Bundesliqanın cari mövsümündə Qirassi 11 oyunda 16 qol vurub.

Hücumçunun "Ştutqart"la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Hücumçunun transfer dəyəri 40 milyon avrodur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər