Əsas məzmuna keç

“Mançester Yunayted” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib

“Mançester Yunayted” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib

İngiltərə nəhəngi “Aston Villa”nın üzvü Yuri Tilemansı transfer edib.

en ru

İngiltərənin “” klubu heyətini yeni futbolçu ilə gücləndirib. “”nın yarımmüdafiəçisi Yuri Tilemans yaxın zamanda rəsmi olaraq “qırmızı şeytanlar”ın futbolçusu kimi təqdim olunacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun məlumatına əsasən, 29 yaşlı belçikalı futbolçu tibbi müayinədən uğurla keçib və yeni klubu ilə müqavilə imzalayıb.

Bildirilib ki, tərəflər arasında bağlanan müqavilə 2031-ci ilin ortalarına qədər qüvvədə olacaq. “Mançester Yunayted” bu üçün “ ”ya 41 milyon avro ödəyəcək. Sözügedən məbləğ futbolçunun müqaviləsindəki sərbəstqalma bəndinə uyğun olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, Yuri Tilemans “Aston Villa”nın heyətində 134 oyunda meydana çıxıb. Belçikalı yarımmüdafiəçi bu qarşılaşmalarda 10 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…