Mərkəz hücumçusu Conatan Devid yaxın transfer pəncərəsində "Yuventus" klubunu tərk etməyə yaxındır.
"Operativ Məlumat Mərkəzi-OMM" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi kanadalı futbolçunun cari mövsümdəki çıxışından o qədər də məmnun deyil.
Məlumata görə, "Aston Villa" Devidin xidmətində maraqlıdır. İngiltərə klubu bu futbolçunu avrokuboklar ərəfəsində hücum xəttinin gücləndirilməsi üçün ideal variant kimi nəzərdən keçirir.
Cari mövsüm ərzində hücumçu bütün turnirlərdə ümumilikdə 43 matçda iştirak edib. O, bu görüşlərdə aktivinə səkkiz qol və beş məhsuldar ötürmə yazdırıb.
Qeyd edək ki, 26 yaşlı oyunçunun "Yuventus" ilə mövcud müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalının mütəxəssisləri onun transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirirlər.