Operativ Məlumat Mərkəzi

"Mançester Siti" "Real Madrid"in ulduzunu almaq istəyir

1 dəq
Paylaş:
"Mançester Siti" "Real Madrid"in ulduzunu almaq istəyir
bu barədə “Defensa Centra” məlumat yayıb. Mənbənin sözlərinə görə, "Siti" rəhbərliyi futbolçunu gələn yay pulsuz almaq istəyir. İyunun sonunda Kroosun...

"Real Madrid"də çıxış edən almaniyalı yarımmüdafiəçi Toni Kroos karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Defensa Centra” məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Siti" rəhbərliyi futbolçunu gələn yay pulsuz almaq istəyir. İyunun sonunda Kroosun kral klubu ilə müqaviləsi başa çatır.

Los Blancos ona yeni müqavilə təklif etməsə, o, azad agent olacaq.

Daha əvvəl mətbuatda “Mançester Siti”nin Kroosa illik 15 milyon avro təklif etməyə hazır olduğu bildirilirdi.

Qeyd edək ki, Toni 2014-cü ilin yayından Madrid komandasının rənglərini qoruyur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər