Əsas məzmuna keç

"Sərbəst büdcə vəsaitləri yalnız sistem əhəmiyyətli banklara yerləşdiriləcək"

"Sərbəst büdcə vəsaitləri yalnız sistem əhəmiyyətli banklara yerləşdiriləcək"

Maliyyə Nazirliyi dövlət büdcəsinin sərbəst vəsaitlərinin yalnız iri banklarda yerləşdirilməsinin səbəbini açıqlayıb. Maliyyə Nazirliyindən "Operativ...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Maliyyə Nazirliyi dövlət büdcəsinin vəsaitlərinin yalnız iri banklarda yerləşdirilməsinin səbəbini açıqlayıb.

Maliyyə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq bildirilib ki, vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi müvafiq qaydalarla tənzimlənir. Belə ki, Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş " ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları"nın tələblərinə əsasən vahid xəzinə hesabının sərbəst qalığı Respublikasında bank lisenziyasına malik kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə beynəlxalq kredit reytinqini almış ən iri beş kredit təşkilatında müddətli depozitlərə yerləşdirilə bilər.

Bildirilib ki, hərraclarının keçirilməsinin məqsədi dövlət büdcəsinin sərbəst qalığının effektiv idarə edilməsi ilə büdcəyə əlavə gəlir formalaşdırmaqdır.

Nazirlikdən əlavə edilib ki, vahid xəzinə hesabının qalığında sərbəst vəsaitlər olduqda banklara depozitə yerləşdirilməsi təcrübəsi bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov kiçik və orta bankların da depozit hərraclarında iştirakı məsələsinin Mərkəzi Bank vasitəsilə müzakirə edildiyini bildirmişdi.

Xatırladaq ki, Maliyyə Nazirliyi indiyə kimi iki depozit hərracı keçirib. Bu hərraclarda bir və üç aylıq yerləşdirmə ilə ümumilikdə 1,5 mlrd. manat həcmində əhəmiyyətli banklara depozit yerləşdirilib. Mərkəzi Bankın son reyestrinə əsasən Azərbaycanda sistem əhəmiyyətli banklar ABB, "Kapital Bank", "PAŞA Bank", "Bank Respublika" və "Unibank"dır. AMB aprel ayında sistem əhəmiyyətli banklar siyasıhında dəyişiklik edib və "Xalq Bank"ı "Unibank"la əvəzləyib. Başqa sözlə, sərbəst xəzinə qalığı vəsaitlərindən növbəti hərraclarda da yalnız sistem əhəmiyyətli banklar istifadə edə biləcək.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 09.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…