Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Maliyyə naziri neft qiymətləri ilə bağlı proqnozu açıqladı

3 dəq
Paylaş:
Maliyyə naziri neft qiymətləri ilə bağlı proqnozu açıqladı

dayanıqlı, sağlam və yanaşma ilə neft qiymətlərinin proqnozlaşdırılmasını həyata keçirir və ölkə bu il birmənalı olaraq bunun bəhrəsini görəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Gəlir proqnozlarımıza baxdıqda göstəricimiz 102,2 %-dir. Yəni dövlət büdcəsinin gəliri 2,2 % artıqlaması ilə icra olunub. Qeyri-neft-qaz sektoru üzrə isə bu rəqəm 101,6 %-dir. Neft-qaz daxil olmalarının proqnozlaşdırılmması bizim müəyyən edəcəyimiz neft qiymətindən asılıdır. Neft qiyməti və ona bağlı olaraq qaz qiyməti bazarlarında kifayət qədər volatillidir və keçən il elə burada müzakirələrimiz zamanı bir çox hörmətli deputat həmkarlarımız təklif edirdi ki, 65 ABŞ dolları çoxdur, 60 ABŞ dolları qoyaq, amma indi bugünkü rəqəmləri görürsünüz. Eynilə də keçən il üçün müəyyən edilmiş rəqəm 70 ABŞ dollar idi və icra göstəricisi 71 ABŞ dolları olub. Bu sırf Azərbaycanın nəzərə aldığı və ya həyata keçirdiyi siyasətin xüsusiyyəti ilə bağlıdır", - o vurğulayıb.

Nazirin sözlərinə görə, bu il neftin büdcə qiymətinin 65 ABŞ dolları götürülməsi konservativ yanaşmadır: "Düşünürük ki, neftin qiyməti daha artıq ola bilər və əlbəttə ki, o vəsaitləri istifadə etməyə də çalışa bilərik, amma eyni zamanda konservativ yanaşma ilə real büdcə ehtiyaclarına uyğun şəkildə rəqəmləri müəyyən edib, əlavə gəlirlərin Dövlət Neft Fonduna toplanılması üçün tədbirlər də görə bilərik. Əlbəttə, Azərbaycan dayanıqlı, sağlam və konservativ yanaşma ilə proqnozlaşmasını həyata keçirir. Qeyri-neft-qaz sektoru üzrə proqnozlaşdırmamız isə tədiyə növündən asılı olaraq müxtəlif qaydalar cə makroiqtisadi modellər çərçivəsində həyata keçirilir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax