Braziliya millisinin hücumçusu Endrik dünən keçirilən yoldaşlıq görüşündə vurduğu qola münasibət bildirib. Futbolçu qolu yeni doğulan oğlu və həyat yoldaşı üçün vurduğunu deyib. Bu barədə ESPN Brasil məlumat yayıb.
“Bu, möcüzəvi oğlandır. Bu qol oğlum və həyat yoldaşım üçün idi”, – Endrik bildirib.
Futbolçunun sözlərinə görə, həyat yoldaşı doğuşdan sonrakı dövrün çətinliklərinin öhdəsindən gələrkən böyük iradə nümayiş etdirib. O, Endrikdən milli komandanın düşərgəsinə yollanmasını istəyib və bu müddətdə uşağa özü baxacağını bildirib.
“Həyat yoldaşım inanılmaz dərəcədə güclü qadındır. Doğuşdan sonrakı dövrdə üzləşdiyi hər şeyi nəzərə alsaq, bu, xüsusilə diqqətəlayiqdir. O, mənə ölkəmi təmsil etmək üçün getməyi dedi. Hazırda oğlumuza özü baxır, mən isə sahib olduğum ailənin qayğısına qalmalıyam”, – Endrik əlavə edib.