"Qrenlandiya ilə bağlı fikir ayrılıqları fonunda ABŞ əczaçılıq və rəqəmsal xidmətlər də daxil olmaqla müəyyən sahələrdə Avropa İttifaqına iqtisadi təzyiq göstərməyə davam edir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.
Makron avropalıların bu vəziyyətdə kompromis tapmağa çalışmamalı olduğuna əminliyini ifadə edib. O, son aylarda bu strategiyanın nəticəsiz qaldığını qiymətləndirib.
Bundan əlavə, o vurğulayıb ki, belə bir mövqe Vaşinqtondan asılılığın artmasına gətirib çıxarır və Avropanın təbii qaz təchizatının 60%-nin ABŞ-dən gəldiyini xatırladıb.
Makron ABŞ-nin Aİ-nin təhlükəsizliyinə zəmanət verməyə davam etmək istəyinə şübhə ilə yanaşdığını da qeyd edib.
Xatırladaq ki, yanvarın 31-də ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın gələcək mülkiyyəti ilə bağlı danışıqların başlandığını elan edib və həm ABŞ, həm də Avropa üçün əlverişli bir razılaşma əldə olunacağına ümid etdiyini bildirib.