Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Makron siyasətdən gedir? – Prezident gələcək planını açıqladı

1 dəq
Paylaş:
Makron siyasətdən gedir? – Prezident gələcək planını açıqladı

Makron siyasətdən uzaqlaşa biləcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Fransa Prezidenti Makron müddəti başa çatdıqdan sonra siyasətdən gedə biləcəyini açıqlayıb.

Bildirilib ki, Makron bu barədə Kiprin paytaxtı Nikosiyada Fransız-Kipr məktəbində şagirdlərlə görüş zamanı danışıb.

Qeyd olunub ki, onun çıxışı Yelisey Sarayının hesabında yayımlanıb.

Məlumata görə, RTL, BFMTV və Le Parisien nəşrlərinin yaydığı xəbərlərdə Makronun prezidentlikdən sonra siyasi fəaliyyəti davam etdirməmək ehtimalını açıq şəkildə ifadə etdiyi bildirilir.

Açıqlamada o da qeyd olunub ki, şagirdlərdən birinin “Fransa Prezidenti olmaq istəyirsinizmi?” sualına Makron “Ölkəmin həyatı ilə həmişə maraqlanıram, amma bunun üçün olmaq vacib deyil” cavabını verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax