Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Avropanın təhlükəsiz olması üçün rus qoşunlarının məğlubiyyəti zəruridir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.
Fransa lideri “Rusiyanın məğlubiyyəti Avropanın təhlükəsizliyi və sabitliyi üçün lazımdır”,- deyə bildirib.
O, həmçinin qeyd edib ki, Avropa İttifaqı Ukraynaya orta və uzun mənzilli raketlərin tədarükü ilə bağlı “doqquzuncu dərin zərbə koalisiyasını” yaratmağa razılaşıb. Makron bildirib ki, ölkəsi Rusiyanın xüsusi əməliyyatda qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcək.