Operativ Məlumat Mərkəzi

Antarktika materikində ilk dəfə quş qripi aşkar edilib

1 dəq
Paylaş:
Antarktika materikində ilk dəfə quş qripi aşkar edilib
{"az":"bu barədə “The Guardian” qəzeti məlumat verib. Alimlər quş qripinin (H5N1) iki qağayıda müşahidə edildiyinə diqqət çəkərək, bunların Antarktika...","en":"","ru":""}

Argentinanın Antarktika elmi-tədqiqat stansiyası Primavera Base-nin alimləri iki ölü qağayıda tədqiq aparıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat verib.

Alimlər quş qripinin (H5N1) iki qağayıda müşahidə edildiyinə diqqət çəkərək, bunların Antarktika materikində ilk hallar olduğunu qeyd ediblər.

Antarktika Tədqiqatları üzrə Elmi Komitə, Antarktidadakı Hope körfəzində də H5N1 şübhəli bəzi halların tapıldığını bildirib.

"Bu kəşf ilk dəfə olaraq H5N1 virusunun qitəni digərlərindən ayıran təbii sərhədlərə və məsafəyə baxmayaraq Antarktidaya çatdığını göstərir", - deyə tədqiqat qrupunun hesabatında deyilib.

Digər tərəfdən, elm adamları quş qripinin bütün dünyada yayılmağa davam etdiyini və virusun köçəri quşlar tərəfindən qitə materikinə gətirilə biləcəyini bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər