Operativ Məlumat Mərkəzi

Mahmud Abbas TBMM-də çıxış edib

2 dəq
Paylaş:
Mahmud Abbas TBMM-də çıxış edib
bu barədə Fələstin lideri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş növbədənkənar iclasında bildirib. Onun sözlərinə...

Fələstin Prezidenti Mahmud Abbas yaxın vaxtlarda Qəzza zolağına səfər edəcəyini elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin lideri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş növbədənkənar iclasında bildirib.

Onun sözlərinə görə, Fələstin xalqı qarşısında duran maneələrin aradan qaldırılmasına gedən yol Fələstin ilə dialoq və birlikdən keçir. O qeyd edib ki, sülhə və təhlükəsizliyə gedən yol Fələstində başlayır və başa çatır.

"Araşdırmalar onu göstərir ki, İsrail qoşunlarının apardığı hərbi əməliyyatların təsiri nəticəsində 100 mindən çox günahsız şəxs həlak olub. Anklavın 3-də ikisi dağıdılıb. Ərazidəki məktəblər, məscidlər və tarixi tikililər məhv edilib. Lakin başda ABŞ olmaqla, bir çox dövlət bütün bunlara qarşı susaraq, beynəlxalq qətnamələrə veto qoyublar. Təəssüf ki, ABŞ-nin dünyaya gətirdiyi fəlakət hələ də davam edir".

Fələstin rəsmisi fələstinlilərə edilən zülmə susmayan və daim xüsusi dəstək nümayiş etdirən Türkiyə, İran və Yəmənə təşəkkür edib.

Ankarada səfərdə olan M.Abbas siyasi dəstəyə və həmrəyliyə görə Türkiyə hakimiyyətinə və xalqına xüsusi minnətdarlığını bildirib.

O, Fələstinin mübarizəni bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər