Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransada 14 ay həbsdə qalan Məhdiyə Əsfəndiari Tehrana qayıtdı

2 dəq
Paylaş:
Fransada 14 ay həbsdə qalan Məhdiyə Əsfəndiari Tehrana qayıtdı

İran XİN Fələstin tərəfdarı ittihamı ilə Fransada həbs olunan qadının geri qayıtmasını alqışlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, İranın naziri Əraqçi Fransada bir ildən çox həbsdə saxlanılan İran vətəndaşı Məhdiyə Əsfəndiarinin ölkəyə qayıtmasını müsbət qarşılayıb və onun dözümlülüyünü yüksək qiymətləndirib.

Məlumata görə, Qəzzada baş verənlərə qarşı çıxışlarına görə saxlanıldığı bildirilən İsfəndiyari Tehranda nazir Abbas Əraqçi ilə görüşüb.

Görüş zamanı o, həbsdə olduğu dövrdə baş verənlər barədə danışıb və İran XİN-in və Parisdəki diplomatik nümayəndəliklərin onun azadlığa buraxılması istiqamətində səylərinə görə təşəkkür edib.

Əraqçi isə öz növbəsində onun olunmasından məmnunluğunu ifadə edərək, İsfəndiyarinin “mənəvi cəsarətini” qeyd edib və İranın xaricdəki vətəndaşlarının hüquqlarının qorunmasının prioritet olduğunu bildirib.

Məlumata əsasən, İsfəndiyari təxminən 14 ay əvvəl Fransada Qəzzadakı vəziyyətlə bağlı paylaşımlarına görə saxlanılmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax