Magistraturaya qəbul imtahanının ilkin nəticələri elan olunub

Magistraturaya qəbul imtahanının ilkin nəticələri elan olunub
30.04.2024 20:53
Aa
dəq

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına aprelin 28-də keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib. İmtahan nəticələri ilə DİM-in saytında tanış olmaq mümkündür.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19716 bakalavrdan 405 nəfəri imtahana gəlməyib.

İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

Həftənin ən çox oxunanları

Bakıda hibrid avtomobillərin sərgisi keçiriləcək

Bakıda hibrid avtomobillərin sərgisi keçiriləcək
DAVAMIN OXU davamın oxu

Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar

Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar
DAVAMIN OXU davamın oxu

Bu il peşə təhsili müəssisələrində çalışan 10 nəfər cəzalandırılıb

Bu il peşə təhsili müəssisələrində çalışan 10 nəfər cəzalandırılıb
DAVAMIN OXU davamın oxu

Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
DAVAMIN OXU davamın oxu

Emin Əmrullayev: Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur

Emin Əmrullayev: Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur
DAVAMIN OXU davamın oxu