Əsas məzmuna keç

Magistraturaya qəbul imtahanı iyunun 14-də təkrar keçiriləcək

Magistraturaya qəbul imtahanı iyunun 14-də təkrar keçiriləcək

DİM Bakı, Abşeron və Sumqayıtda magistratura sınağını yenidən keçirir. Hava səbəbindən gecikən bakalavrlar ödənişsiz qatıla bilər. Qeydiyyat tarixləri artıq bəllidir.

en ru

Əlverişsiz ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, və Sumqayıt şəhərlərində iyunun 14-də magistraturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, bu imtahanda mayın 17-də keçirilən üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə . Həmin bakalavrlar 21-23 mayda Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.

Həmçinin diqqətə çatdırılıb ki, mayın 17-də imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir.

Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

​Xatırladaq ki, Bakı, Abşeron və Sumqayıt üzrə qeydiyyatdan keçən 19 746 iştirakçıdan ilkin məlumatlara əsasən, təxminən 17 912 nəfəri mayın 17-də keçirilən imtahanda iştirak edib. Bu da nəzərdə tutulan ümumi sayın 90,7%-ni təşkil edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…