Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlir

1 dəq
Paylaş:
Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlir

Venesuelanın prezidenti Maduro respublikada keçirilən seçkilərində qalib gəlir. O, üçüncü altı illik müddətə yenidən seçilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə səsvermənin nəticələrinə əsasən Milli Seçki Şurasının (MSŞ) sədri Elvis məlumat verib. Seçki komissiyasından yayımı bütün Venesuela televiziya kanalları aparıb.

Amoroso MSŞ-nin ilk bülletenini açıqlayıb. Bülletenə əsasən, səslərin 80 %-i hesablandıqdan sonra Maduronu 5 150 092 seçici və ya səs verənlərin 51,2 %-i dəstəkləyib. Maduronun əsas rəqibi, ifrat sağçı partiyalardan olan namizəd Edmundo Qonsalesa 4 445 978 seçici və ya səs verənlərin 44,2 %-i səs verib. Seçkilərdə iştirak edən digər səkkiz namizədə ümumilikdə seçicilərin 4,6 %-i səs verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax