Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kostanı qəbul edib .
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, müzakirə gündəliyinə Aİ liderlərinin qarşıdan gələn qeyri-rəsmi görüşü, Rusiya-Ukrayna münaqişəsi və Ukraynaya davam edən yardım, eləcə də Avropa təhlükəsizliyi və müdafiə qabiliyyəti məsələləri daxil idi.
Fevralın 12-də Aİ liderlərinin qeyri-rəsmi sammiti planlaşdırılır. Görüşdə Aİ-nin rəqabət qabiliyyətinin artırılması, Aİ vahid bazarının gələcəyi və uzunmüddətli strateji məqsədlər müzakirə olunacaq.
Qeyri-rəsmi görüşdə İtaliyanın keçmiş baş nazirləri Mario Draqi və Enriko Letta da iştirak edəcəklər.