Operativ Məlumat Mərkəzi

Macarıstan XİN: “Heç kimin gürcüləri belə bir qanuna görə tənqid etməyə haqqı yoxdur”

1 dəq
Paylaş:
Macarıstan XİN: “Heç kimin gürcüləri belə bir qanuna görə tənqid etməyə haqqı yoxdur”

Gürcüstan xarici agentlər qanununun köməyi ilə xarici müdaxiləyə qarşı durmağa çalışır və Budapeşt bunu başa düşür.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Gürcüstanın öz ölkəsinə xarici müdaxilələrə nəzarət etmək və ona qarşı çıxmaq istəməsi başa düşüləndir. Heç kimin, xüsusən də Avropa İttifaqının gürcüləri belə bir qanuna görə tənqid etməyə haqqı olduğunu düşünmürəm”,- deyə o vurğulayıb.

O xatırladıb ki, Macarıstan da oxşar vəziyyətlə üzləşib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər