Əsas məzmuna keç

Estoniya Rusiya ilə sərhəddə sərt qaydalar tətbiq edəcək

Estoniya Rusiya ilə sərhəddə sərt qaydalar tətbiq edəcək

Maliyyə Nazirliyi hökumətə ilə sərhədi qaydalarını sərtləşdirməklə bağlı planını göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Estoniyanın avtomobil-sərhəd buraxılış məntəqələri vasitəsilə dövlət sərhədini keçmək və yüklərin daşınması yalnız səhər saatlarında mümkün olacaq”, - məlumatda bildirilib.

Məhdudiyyətlər sanksiya altında olan mallara nəzarətin gücləndirilməsi, habelə hərəkətin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əsaslandırılır.

“ keçid məntəqələrinin fəaliyyətinə yenidən baxılması Estoniya dövlətinin 2022-ci ilin aprelində təsdiq etdiyi Rusiya ilə iqtisadi münasibətlərin minimum səviyyədə saxlanması prinsipindən, eləcə də ötən il qəbul edilmiş sanksiya siyasətindən irəli gəlir”, - maliyyə naziri Mart Vorklaev bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…