Əsas məzmuna keç

Macarıstan BMT-dən Ukraynadakı silah arsenallarına nəzarət etməyi xahiş edib

Macarıstan BMT-dən Ukraynadakı silah arsenallarına nəzarət etməyi xahiş edib

Macarıstanın xarici işlər naziri Peter Siyarto BMT-nin münaqişə zamanı Ukraynada toplanmış külli miqdarda silaha nəzarət mexanizmi yaratmalı olduğu...

Macarıstanın naziri Peter Siyarto BMT-nin münaqişə zamanı Ukraynada toplanmış külli miqdarda silaha nəzarət mexanizmi yaratmalı olduğu fikrini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "X" sosial hesabında bildirib.

Siyarto vurğulayıb ki, onun bilavasitə yaxınlığında böyük ehtiyatlarının nəzarətsiz yığılması riski ilə yaşamaq istəmir.

“Buna görə də biz BMT-nin Ukraynada müharibə başa çatdıqdan sonra külli miqdarda silahın taleyi ilə bağlı məsələnin etibarlı həllini təmin edəcək mexanizmin işə salınmasını gözləyirik”, - nazir yazıb.

O əlavə edib ki, baş katibinin müavini ilə bu məsələ ilə bağlı məsləhətləşmələri ona nikbinlik verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…