Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı irəli sürdüyü təşəbbüsə etiraz edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Trampın ABŞ hərbi qüvvələrinin mühafizəsi altında boğazdan keçən yük gəmilərinə 20 faizlik rüsum tətbiq edilməsi planı Braziliya liderinin sərt reaksiyasına səbəb olub.
Lula da Silva bildirib ki, ABŞ-nin beynəlxalq sularda sərbəst keçid üçün ödəniş tələb etmək hüququ yoxdur. O, bu təşəbbüsü “piratlıq” adlandıraraq, beynəlxalq dəniz hüququnun pozulması kimi qiymətləndirib.
Qeyd edək ki, Donald Trampın bu planı dünya ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gərginliyi daha da artıra biləcək addım kimi dəyərləndirilir.