Əsas məzmuna keç

“Lukoil” xarici aktivlərinin əksəriyyətini satır

“Lukoil” xarici aktivlərinin əksəriyyətini satır

Rusiya nəhəngi 22 milyard dollarlıq LUKOIL International GmbH bölməsini ABŞ-ın Carlyle Group fonduna ötürür. Sanksiyalar fonunda Qazaxıstan aktivləri saxlanılır.

ru en

Rusiyanın "" neft təxminən 22 milyard dollar dəyərində xarici aktivlərinin əksəriyyətini Amerikanın özəl kapital şirkəti " "a satmağa razılıq verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, sövdələşmə ABŞ hakimiyyəti tərəfindən təsdiqlənməlidir.

"Lukoil"in açıqlamasında şirkətin xarici aktivlərinə nəzarət edən bölməsi olan "LUKOIL GmbH-ni Carlyle"ə satmağa razılıq verdiyi bildirilib.

“Sövdələşməyə Qazaxıstandakı aktivlər daxil deyil, onlar “Lukoil” şirkətinin mülkiyyətində qalacaq və müvafiq lisenziyalar çərçivəsində fəaliyyətini davam etdirəcək”, - açıqlamada deyilir.

"Lukoil" həmçinin digər potensial alıcılarla danışıqları davam etdirdiyini bildirib.

Şirkət qeyd edib ki, "Lukoil International" şirkətinin satışı bəzi ölkələrin "Lukoil" və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi ilə əlaqədardır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…