Əsas məzmuna keç

Lukaşenko Putin və Tramp barədə: "Mən imperator deyiləm"

Lukaşenko Putin və Tramp barədə: "Mən imperator deyiləm"

Belarus lideri Rik Sançezə müsahibəsində Rusiya və ABŞ rəhbərlərindən danışdı. Putini qardaşı sayan prezidentin Amerika rəhbəri ilə bağlı maraqlı açıqlaması mətndə.

en ru

Prezidenti Aleksandr və ABŞ liderləri barədə diqqətçəkən açıqlamalar verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Belarus lideri RT jurnalisti Rik Sançezə müsahibəsində Vladimir Putin və haqqında fikirlərini bölüşüb.

O bildirib ki, “bilirsiniz, mən Donald Tramp və ya Vladimir Putin kimi imperator deyiləm. Onlar sevilməkdən danışa bilərlər. Onlar əla insanlardır, imperatorlar”.

Aleksandr Lukaşenko özünü “orta səviyyəli ölkənin” lideri adlandıraraq, Putin və Tramp qədər imkanlarının olmadığını qeyd edib.

Belarus Prezidenti əlavə edib ki, “ümumi sevgiyə qarşı bu sakit münasibət, xüsusilə uzun illər prezidentlikdən sonra buradan qaynaqlanır”.

Müsahibə zamanı Lukaşenko Putini sadəcə dostdan daha artıq gördüyünü vurğulayıb. Onun sözlərinə görə, o, rusiyalı həmkarına qardaş kimi yanaşır və eyni münasibəti qarşı tərəfdən də hiss edir.

Bundan əlavə, Lukaşenko ABŞ-yə yalnız Trampın əlini sıxmaq üçün səfər etmək istədiyi barədə yayılan iddiaları təkzib edib. O qeyd edib ki, Amerika lideri ilə görüşməkdən məmnun olardı, lakin bunun əsas məqsəd olmadığını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…