Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

20 min reysi ləğv edirlər

2 dəq
Paylaş:
20 min reysi ləğv edirlər

Almaniyanın "Lufthansa" aviaşirkəti yay mövsümündə ABŞ-İsrail əməliyyatının başlamasından bəri qiyməti artan təyyarə yanacağına qənaət etmək üçün 20 000 ləğv etmək qərarına gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, uçuşların azaldılması hava limanlarına təsir edəcək və oktyabrın sonuna qədər davam edəcək, eyni zamanda, Sürix, Vyana və Brüsselə yeni reyslər açacaq.

"Lufthansa" nümayəndələrinin hesablamalarına görə, bu uçuşların ləğvi 40.000 tondan çox aviasiya yanacağına qənaət edəcək.

Şirkət artıq 31 maya qədər planlaşdırılan uçuşları ləğv edir.

Yeri gəlmişkən, 20 apreldə Lufthansa ilk 120 gündəlik uçuşunu ləğv edib.

Xüsusilə, Frankfurtdan Polşanın Bıdqoş və Rzeşov şəhərlərinə, eləcə də Norveçin Stavanger şəhərinə uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Şirkət aprelin sonunda əlavə dəyişiklikləri açıqlayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax