Almaniyanın "Lufthansa" aviaşirkəti yay mövsümündə ABŞ-İsrail hərbi əməliyyatının başlamasından bəri qiyməti artan təyyarə yanacağına qənaət etmək üçün 20 000 reysi ləğv etmək qərarına gəlib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, uçuşların azaldılması Frankfurt və Münhen hava limanlarına təsir edəcək və oktyabrın sonuna qədər davam edəcək, eyni zamanda, şirkət Sürix, Vyana və Brüsselə yeni reyslər açacaq.
"Lufthansa" nümayəndələrinin hesablamalarına görə, bu uçuşların ləğvi 40.000 tondan çox aviasiya yanacağına qənaət edəcək.
Şirkət artıq 31 maya qədər planlaşdırılan uçuşları ləğv edir.
Yeri gəlmişkən, 20 apreldə Lufthansa ilk 120 gündəlik uçuşunu ləğv edib.
Xüsusilə, Frankfurtdan Polşanın Bıdqoş və Rzeşov şəhərlərinə, eləcə də Norveçin Stavanger şəhərinə uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Şirkət aprelin sonunda əlavə dəyişiklikləri açıqlayacaq.