ABŞ-ın Los-Anceles şəhəri və ətraflarında günlərdir davam edən yanğınlarda həyatını itirənlərin sayı 24-ə yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Los-Anceles Məhkəmə Tibb İnstitutu məlumat yayıb.
Yanğında həyatını itirənlərin sayının 24-ə yüksəldiyi, İtonda 16, Palisadesdə isə 8 nəfərin öldüyü,16 nəfərdən xəbər olmadığı və bu rəqəmin arta biləcəyi bildirilib.
Digər tərəfdən, təqribən 150 min nəfərin təxliyəsi üçün göstəriş verildiyi, 700-dən çox təxliyə edilmiş sakinin sığınacaqlara yerləşdirildiyi qeyd edilib.