Liviya sahillərində gəminin batması nəticəsində azı 61 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Liviya bölməsi “X” (keçmiş tviter) sosial şəbəkəsində bildirib.
"Liviya sahillərində faciəvi gəmi qəzası nəticəsində qadın və uşaqlar da daxil olmaqla 61 miqrant ölüb", - məlumatda deyilir.