Operativ Məlumat Mərkəzi

"Liverpul" PSJ-nin hücumçusunu transfer etmək istəyir

1 dəq
Paylaş:
"Liverpul" PSJ-nin hücumçusunu transfer etmək istəyir
bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, Mersisayd komandası ilk olaraq 26 yaşlı hücumçunu icarəyə...

İngiltərənin "Liverpul" klubu Fransa təmsilçisi PSJ-də çıxış edən Randal Kolo Muanini transfer etmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Mersisayd komandası ilk olaraq 26 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Fransa millisinin də üzvü olan Randal Kolo Muani cari mövsüm Paris təmsilçisinin heyətində 14 matçda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər