Operativ Məlumat Mərkəzi

"Liverpul" gənc müdafiəçi transfer edə bilər

1 dəq
Paylaş:
"Liverpul" gənc müdafiəçi transfer edə bilər
bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.  Məlumata görə, istedadlı futbolçu ilə "Liverpul" maraqlanır. "Qırmızılar" Endryu Robertsona...

"Leççe"nin 18 yaşlı müdafiəçisi Patrik Dorqu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Məlumata görə, istedadlı futbolçu ilə "Liverpul" maraqlanır. "Qırmızılar" Endryu Robertsona uzunmüddətli alternativ olaraq Dorqunu transfer etmək istəyir.

Qeyd edək ki, Patrik İtaliya çempionatına keçən yay Danimarkadan keçib. Bu mövsüm müdafiəçi bütün turnirlərdə doqquz matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Transfermarkt" portalı müdafiəçinin dəyərini 2,5 milyon avro qiymətləndirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər