Əsas məzmuna keç

Livandakı bütün təhsil müəssisələri bağlanıb

Livandakı bütün təhsil müəssisələri bağlanıb

İsrailin zərbələri fonunda Livan Təhsil Nazirliyi məktəb və kolleclərin işini dayandırdı. Binalar məcburi köçkünlər üçün sığınacaq olacaq. Son itkilər və detallar:

en ru

Livanın təhlükəsizlik təhdidləri və müxtəlif bölgələrdə davam edən hücumlar səbəbindən bütün dövlət və özəl məktəblərin, eləcə də peşə təhsili müəssisələrinin bağlandığını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu qərar tələbələrin və müəllim heyətinin təhlükəsizliyini təmin etmək üçün verilib.

Nazirlik həmçinin qeyd edib ki, bir sıra dövlət məktəbləri məcburi ailələri üçün sığınacaq təmin etmək məqsədilə istifadə olunacaq.

Xatırladaq ki, İsrail Livanın müxtəlif ərazilərinə hücumlar təşkil edib, nəticədə 31 nəfər həlak olub, 149 nəfər yaralanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…