Əsas məzmuna keç

Livanda bina uçqunu: Tripolidə ölənlərin sayı 14-ə çatdı

Livanda bina uçqunu: Tripolidə ölənlərin sayı 14-ə çatdı

Tripoli şəhərinin Bab əl-Tabane ərazisində yaşayış binalarının uçması nəticəsində can itkisi artıb. Dağıntılar altından çıxarılanlarla bağlı son təfərrüatlar...

en ru

Livanın Tripoli şəhərində yaşayış binalarının uçması nəticəsində ağır itkilər qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

Son məlumatlara görə, faciə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Xilasetmə qrupları şəhərin şimalındakı Bab əl-Tabane ərazisindəki dağıntılar altından səkkiz nəfəri çıxarıb və onlara lazımi yardım göstərilib. Hazırda axtarış-xilasetmə əməliyyatları başa çatıb.

Vurğulanıb ki, bu, son həftələrdə Tripolidə baş verən ikinci belə hadisədir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…