Əsas məzmuna keç

Litva prezidenti İlham Əliyevə zəng etdi

Litva prezidenti İlham Əliyevə zəng etdi

Litva Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına və Azərbaycan xalqına başsağlığı verib, xəsarət alanların...

Respublikasının Prezidenti Nauseda dekabrın 30-da Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Litva Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına və Azərbaycan xalqına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb, xalqla həmrəyliyini bildirib.

İlham göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.

Dövlət başçıları Cənubi Qafqaz regionunda sülhün və sabitliyin daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib, bu xüsusda Azərbaycan ilə Litva arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…