MLS-2026-nın müntəzəm çempionatının son oyunları noyabrın 8-nə keçən gecə keçirilib. Mövsümün bu mərhələsinin bombardiri “İnter Mayami”nin kapitanı Lionel Messi olub.
Messi 31 matçda 26 qol vurub. Bombardirlər siyahısında ikinci yeri “Dallas”ın futbolçusu Petar Musa 22 qolla tutub. İlk üçlüyü “Neşvill”in üzvü Sem Sarric 20 qolla tamamlayıb.
Messi 17 məhsuldar ötürmə ilə də fərqlənib. Bu göstəricidə ondan öndə yalnız “Şarlott”un hücumçusu Pep Biyel var — onun hesabında 18 assist var.