Əsas məzmuna keç

"LinkedIn"ə yeni rəqib gəlir...

"LinkedIn"ə yeni rəqib gəlir...

OpenAI-nin istehsalçısı olduğu ChatGPT, süni intellekt dəstəkli yeni bir iş axtarış platforması üzərində işlədiyini təsdiqləyib. Bununla bağlı xarici KİV...

OpenAI-nin istehsalçısı olduğu , dəstəkli yeni bir iş axtarış platforması üzərində işlədiyini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, " Jobs Platform" adını daşıyacaq bu xidmətin 2026-cı ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

OpenAI-nin bu addımı, şirkətin ən böyük sərmayədarlarından biri olan və "LinkedIn"ə sahib olan "Microsoft"un platformasına birbaşa rəqib kimi qiymətləndirilir.

Xatırladaq ki, "LinkedIn" 2024-cü ildən etibarən iş axtarış təcrübəsini yaxşılaşdırmaq üçün süni intellekt inteqrasiyalarını artırmışdı.

OpenAI-nin yeni platforması isə maşın öyrənməsi alqoritmlərindən istifadə edərək, iş axtaranlarla işəgötürənlər arasında “yüksək səviyyəli əlaqələr” qurmağı hədəfləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…