Əsas məzmuna keç

Leyla Əliyeva “YAŞA” Mərkəzində

Leyla Əliyeva “YAŞA” Mərkəzində

Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, səsləndirdikləri şeirləri dinləyib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və...

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri İçərişəhərdə “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb.

Mərkəzdə yaşlı insanlar müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olur, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, səsləndirdikləri şeirləri dinləyib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və Mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.

Qeyd edək ki, yaşlı insanların , sağlam və mənalı həyat sürməsini dəstəkləmək üçün “YAŞA” Mərkəzləri şəbəkəsi formalaşdırılıb. Hazırda bu mərkəzlər təkcə Bakıda deyil, eyni zamanda Mingəçevir və şəhərlərində də fəaliyyət göstərir, müxtəlif regionlarda yaşayan ahıllar üçün sosiallaşma, öyrənmə və fəal həyat imkanları yaradır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…