Əsas məzmuna keç

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər - FOTO

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və...

Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir süfrəsi təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti və Arzu Əliyeva iftar məclisində iştirak ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iftar süfrəsinə Azərbaycanın müxtəlif bölgələrindən və ucqar kəndlərindən şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, qazilər dəvət olunublar.

Mərasimdə “Qurani-Kərim”dən ayələr və şəhidlərimizin ruhuna dualar oxunub.

Çıxış edənlər Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıblar. Həmçinin, dövlətimizə, xalqımıza xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə cansağlığı, Rəşadətli Azərbaycan Ordusunun mənsublarına güc-qüvvət arzulanıb, ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

“Fire Land Group”un “ oğlum qəhrəmandır” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış edib.

Qeyd edək ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın yad edildiyi, onların ailələrinin iştirak etdiyi “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində silsilə tədbirlər təşkil olunur. Şəhid ailələrinin iştirakı ilə keçən bu cür tədbirlər indiyədək bir sıra rayonları əhatə edib.

Namaz vaxtı

  1. Sübh06:15
  2. Zöhr12:28
  3. Əsr15:35
  4. Məğrib17:31
  5. İşa18:36

Bakı, QMİ təqvimi

Digər şəhərlər ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…