Əsas məzmuna keç

Leyla Əliyeva və Alena Əliyeva Qubada məktəbi və STEAM mərkəzini ziyarət etdilər

Leyla Əliyeva və Alena Əliyeva Qubada məktəbi və STEAM mərkəzini ziyarət etdilər

Fevralın 24-də Qubaya səfər edən Leyla Əliyeva şagirdlərə məktəbli ləvazimatları verib. Mehriban Əliyevanın mühüm STEAM layihəsi və səmimi görüşün detalları burada.

en ru

və Əliyeva fevralın 24-də Quba rayonuna səfər ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfər çərçivəsində onlar Quba şəhərində internat tipli ümumtəhsil məktəbini və mərkəzini ziyarət ediblər.

Əvvəlcə Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə baş çəkilib. Bildirilib ki, təhsil müəssisəsində 79-u oğlan, 35-i qız olmaqla ümumilikdə 114 məktəbli təhsil alır.

Leyla Əliyeva və Alena Əliyeva internat məktəbində yaradılan şəraitlə tanış olub, uşaqlarla söhbət edib, onların məşğələ proseslərini izləyiblər. Qonaqlar fotolar çəkdirib və şagirdlərə məktəbli ləvazimatları təqdim ediblər. Məktəbdə şagirdlər tərəfindən hazırlanan mədəni proqram təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Daha sonra Quba STEAM mərkəzi ziyarət olunub. Mərkəzlə tanışlıq zamanı xatırladılıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəblərində 2019-cu ildən etibarən STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş tətbiqinə başlanılıb.

Qeyd olunub ki, STEAM mərkəzi Qubada 2021-ci ildən fəaliyyət göstərir və bütün yaş qrupları üçün nəzərdə tutulub. Leyla Əliyeva və Alena Əliyeva mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, şagirdlərlə səmimi söhbət aparıb, onların burada əldə etdikləri bilik və bacarıqların praktiki tətbiqi ilə maraqlanıblar.

Sonda uşaqlar və məktəbin kollektivi ilə xatirə şəkilləri çəkdirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…