Əsas məzmuna keç

"Lester" 16 yaşlı istedadı üçün tələb etdiyi məbləği açıqladı

"Lester" 16 yaşlı istedadı üçün tələb etdiyi məbləği açıqladı

Londonun "Arsenal" klubu gənc futbolçu Ceremi Monqa üçün etdiyi ilk təklifdən rədd cavabı alıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İngiltərənin “” klubu 16 yaşlı cinah oyunçusu Monqanın transferi ilə bağlı “”dan gələn təklifi rədd edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə jurnalist Qeri Ceykob məlumat yayıb. Bildirilib ki, London təmsilçisi gənc futbolçu üçün 5,8 milyon avro təklif etsə də, “Lester” bu kifayət qədər hesab etməyib.

Məlumata görə, “tülkülər” Monqanın transferi üçün daha yüksək qiymət müəyyənləşdirib. Klub rəhbərliyi futbolçunun satış qiyməti kimi 11,6 milyon avro tələb edir.

Bildirilib ki, müqavilə şərtlərinə gələcək satışdan əldə olunacaq gəlirin 15 faizinin də “Lester”ə ödənilməsi tələbi daxil edilib.

Qeyd olunub ki, ötən mövsüm bütün turnirlər üzrə 30 matçda meydana çıxıb. O, həmin oyunlarda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumata əsasən, “Lester” 2025/26 mövsümünü Çempionşipdə 23-cü yerdə başa vuraraq İngiltərənin üçüncü divizionuna düşüb. Xatırladılıb ki, klub təxminən on il əvvəl Premyer Liqada çempionluq qazanmışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?