Əsas məzmuna keç

Lerikdə İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs həbs olunub

Lerikdə İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs həbs olunub

Lerik rayonunda İran vətəndaşından 10 kiloqram narkotik əldə etməkdə şübhəli bilinən şəxs həbs olunub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili...

Lerik rayonunda İran vətəndaşından 10 kiloqram narkotik əldə etməkdə şübhəli bilinən şəxs olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 25 yaşlı Vüsal Abdullazadə saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 50 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla onun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi, maddi qazanc və müqabilində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı başlanılıb, məhkəmənin qərarı ilə V.Abdullazadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…