Operativ Məlumat Mərkəzi

Lerikdə ailəvi istirahət mərkəzində qanunsuz tikili sökülüb - FOTO

2 dəq
Paylaş:
Lerikdə ailəvi istirahət mərkəzində qanunsuz tikili sökülüb - FOTO
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz...

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Lerik Rayon İcra Hakimiyyəti tərəfindən Lənkəran-Lerik avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yol kənarında fəaliyyət göstərən “Su səsi” adlı ailəvi istirahət mərkəzində vətəndaş Hüseynov Tural Səyyar oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər