"Milan"ın hücumçusu Rafael Leao transfer pəncərəsinin son günlərində "Barselona"ya keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, kataloniyalılar hələlik 25 yaşlı portuqaliyalının transfer şərtləri ilə bağlı Milan klubu ilə razılaşa bilmir.
Leau 2019-cu ildən "Milan"da çıxış edir. O, komandanın heyətində 211 oyun keçirib, 58 qol vurub və 50 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 90 milyon avro qiymətləndirir.