Əsas məzmuna keç

"Milan" Rafael Leaonun transfer qiymətini kəskin aşağı saldı

"Milan" Rafael Leaonun transfer qiymətini kəskin aşağı saldı

İtaliyanın "Milan" klubu portuqaliyalı hücumçu Rafael Leaonu artıq əsas oyunçu hesab etmir və onun transfer qiymətini 50 milyon avroya qədər endirib.

en ru

İtaliyanın "" klubu portuqaliyalı ulduz futbolçu Leaonun gələcəyi ilə bağlı mövqeyini dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, rəhbərlik artıq onu komandanın toxunulmaz oyunçularından biri hesab etmir.

Məlumata görə, "Rossoneri" yay pəncərəsində futbolçu üçün ən azı 50 milyon avroluq təklifləri dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, oyunçunun müqaviləsində sərbəst qalma 175 milyon avro olaraq göstərilib və klub əvvəlki illərdə məhz bu məbləği tələb edirdi.

Qiymətin kəskin enməsinə aşağıdakı amillər səbəb olub:

  • Cari mövsümdəki qeyri-sabit oyun performansı;
  • Tez-tez təkrarlanan sağlamlıq problemləri;
  • "" ilə səfər matçında əvəzlənərkən nümayiş etdirdiyi aqressiv davranış.

Xatırladaq ki, 26 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə çıxış etdiyi 25 matçda 10 qol vurmağı başarıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…