"Qalatasaray" heyətini gücləndirmək üçün "Milan"ın hücumçusu Rafael Leaunu əsas transfer hədəfi kimi nəzərdən keçirməyə davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" İtaliya mətbuatına istinadən xəbər verir ki, "rossoneri" portuqaliyalı futbolçu ilə yollarını ayırmağa hazırdır, lakin bu keçid üçün olduqca sərt şərtlər qoyub.
İtaliya təmsilçisi oyunçunu yalnız daimi transfer əsasında satmaq niyyətindədir. Klub rəhbərliyi Leau-nun satışından 50-60 milyon avro civarında gəlir əldə etməyi planlaşdırır.
Maraqlıdır ki, "Milan" icarə və ya məcburi satınalma şərti ilə transfer variantlarını müzakirə etməkdən qəti şəkildə imtina edir.
Daha əvvəl mətbuatda yayılan xəbərlərdə "Milan"ın 35 milyon avroluq təklifi rədd etdiyi bildirilmişdi. Xatırladaq ki, 2019-cu ildən bəri "Milan"ın şərəfini qoruyan Rafael Leau komandanın əsas fiqurlarından biri hesab olunur.