Rusiya xarici işlər naziri Sergey Lavrov Fransanın Ukrayna ilə təmasların Dövlət Dumasına seçkilərdən sonra bərpa ediləcəyi ilə bağlı açıqlamasını şərh edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Lavrov bu barədə “Böyük oyun” proqramında Nyu-Cersi ştatının Ali Məhkəməsinin keçmiş hakimi, köşə yazarı və bloqer Endryu Napolitanonun sualını cavablandırarkən danışıb.
Rusiyanın xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ABŞ tərəfi bundan sonrakı diplomatik addımlarla bağlı hər hansı məlumat vermir. Fransanın nümayəndələri isə Dövlət Dumasına seçkilərdən sonra danışıqların bərpa ediləcəyini açıqlayırlar.
“Bütün bunları Yelisey sarayının vicdanına buraxıram. Xüsusilə də ona görə ki, bu saray telefon və digər danışıqların məzmununa münasibətdə dəfələrlə heç də etik olmayan davranışı ilə yadda qalıb”, – Lavrov deyib.
Qeyd edək ki, Yelisey sarayından daha əvvəl Rusiyanın sentyabrın 18-20-də keçiriləcək Dövlət Dumasına seçkilərdən sonra Ukrayna ilə yeni danışıqlara hazır olacağı bildirilib.