Operativ Məlumat Mərkəzi

Lavrov Bosniya və Herseqovinada baş verənlərə görə Qərbi ittiham etdi

1 dəq
Paylaş:
Lavrov Bosniya və Herseqovinada baş verənlərə görə Qərbi ittiham etdi
bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BH-nin subyekti olan Srpska Respublikasının Prezidenti Milorad Dodiklə keçirdiyi görüş zamanı...

Bosniya və Herseqovinada (BH) baş verən mürəkkəb proseslər Qərbin ölkənin daxili işlərinə kobud müdaxiləsinin nəticəsidir.

Redaktor.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BH-nin subyekti olan Srpska Respublikasının Prezidenti Milorad Dodiklə keçirdiyi görüş zamanı səsləndirib.

Lavrov bildirib ki, Qərb dairələrinin Bosniya və Herseqovinanın daxili işlərinə birbaşa müdaxiləsi ölkədə sabitliyi pozur və Deyton sülh razılaşmasının əsas prinsiplərinə ziddir.

“Bütün bu gərginliklər Qərbin Bosniya və Herseqovinanın daxili işlərinə kobud müdaxiləsinin nəticəsidir. Bu, Deyton razılaşmalarında təsbit olunmuş əsas prinsipləri, o cümlədən üç dövlətquran xalqın və iki qurumun bərabərliyi prinsipini birbaşa pozur,” – deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər