Əsas məzmuna keç

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

İlham Əliyev Bakıda həmkarı Edqars Rinkeviçsi qəbul etdi. Aprelin 22-də keçirilən təntənəli mərasimin detalları və nümayəndə heyətlərinin görüşündən özəl kadrlar burada.

en ru

Respublikasının Prezidenti Edqars Rinkeviçsin aprelin 22-də rəsmi qarşılanma mərasimi olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri dəstəsi düzülmüşdü.

İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi.

Latviya Respublikasının və Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…