Əsas məzmuna keç

Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Edqars Rinkeviçs Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını anıb. «Əbədi məşəl» önünə əklil qoyan qonağın Bakı səfərindən mühüm təfərrüatlar.

en ru

Azərbaycanda rəsmi səfərdə olan Prezidenti aprelin 22-də Şəhidlər xiyabanını ziyarət edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək olanların xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Daha sonra paytaxtının mənzərəsini seyr edən Latviya Prezidentinə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqın yaddaşında tutduğu xüsusi yer və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Azərbaycanda rəsmi səfərdə olan Latviyanın Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…