Latviya Prezidenti Edqars Rinkeviçs mayın 7-də Ermənistana rəsmi səfər edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje "İrəvan dialoqu - 2026" adlı konfransda bildirib.
Onun sözlərinə görə, Latviya ilə Ermənistan arasında sıx münasibətlər qurulub.
"Sabah prezidentimiz (Edqars Rinkeviçs - red.) rəsmi səfərə gəlir. Bizi həmçinin fəal şəkildə inkişaf etdirdiyimiz bir sıra istiqamətlər (liderlər və siyasətçilər səviyyəsində əlaqələr, insanlar və iqtisadiyyatlar arasında bağlantı) birləşdirir. Xüsusilə, "airBaltic" aviaşirkəti iyun ayında birbaşa reysləri (İrəvana - red.) bərpa edəcək", - nazir qeyd edib.